Homart / İstifadə şərtləri
İstifadə şərtləri
Bu istifadə şərtləri (bundan sonra ismin müvafiq hallarında “Şərtlər”) www.homart.az saytından (bundan sonra ismin müvafiq hallarında “Sayt”) istifadə və ya qeydiyyat zamanı “Homart” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2008460631) (bundan sonra ismin müvafiq hallarında “Homart”) üçüncü tərəflərə qarşı hüquq və öhdəliklərini müəyyən edir.
- Təriflər
- Homart – “Homart” MMC-dir (VÖEN: 2008460631, Hüquqi ünvanı: AZ1025, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., ev 15, m. Ofis 90).
- Sayt – mallar haqqında məlumat aqreqatoruna keçid təqdim edən, həmçinin, malların sifarişini icra edən www.homart.az veb saytı və Homart mobil tətbiqidir.
- Müştəri (istifadəçi) – Saytdan istifadə edərək bu Şərtləri qəbul edən fiziki şəxsdir.
- Mal (Mallar) – Müştəri ilə Homart arasında alqı-satqı mülki-hüquqi münasibətlərinin (sövdələşmənin) predmeti olan mallardır. Homart satılan Malın (Malların) mülkiyyətçisidir.
- Göndəriş – Müştəriyə verilməsi üçün Sifariş əsasında formalaşdırılmış və hazırlanmış Mal və ya Malların toplusudur.
- Sifariş – Müvafiq Malın/ Malların Sayt vasitəsilə dəyəri ödənilərək Müştəri tərəfindən alqı-satqısı.
- Predmet və ümumi müddəalar
- Homart Müştəri tərəfindən Homart-a məxsus Saytdan seçilmiş Malları Müştərinin mülkiyyətinə verir, Müştəri isə müvafiq Malların dəyərini əvvəlcədən Sayt vasitəsilə ödəyir və müvafiq Malları qəbul edir.
- Homart-ınn təklif etdiyi Malları sifariş edərək, Müştəri bu Şərtlərlə razılaşır, habelə ____________________ ünvanında yerləşdirilmiş Məxfilik siyasətinin şərtlərini qəbul edir.
- Müştərinin Saytdan istifadə etməsi zamanı Müştərinin şəxsi məlumatları Məxfilik siyasətində müəyyən edilmiş şərtlərə və məqsədlər üçün, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işlənməsi üçün Homart-a ötürülür.
- Saytda Müştərilə üçün, Malların potensial alıcıları/istehlakçıları üçün nəzərdə tutulan Mallar haqqında məlumatların olduğu informasiya-sorğu sistemini təşkil edən verilənlər bazası əlçatandır.
- Homart istənilən zaman, Müştəriyə bildiriş göndərmədən, bu Şərtlərin mətnində dəyişiklik edə bilər. Bu cür dəyişikliklər nəşr olunduğu andan etibarən qüvvəyə minir. Bu Şərtlərin aktual (hazırkı anda qüvvədə olan) mətni __________________ ünvanında yerləşdirilib. Bu cür dəyişikliklər edildiyi halda, Homart Müştəriyə dəyişikliklər barədə xəbər verməli və Şərtlərin mətni ilə tanış olmaq imkanı verməlidir.
- Həm Homart, həm də müştəri bu Şərtlər üzrə razılaşdırılmış fəaliyyəti həyata keçirmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş hüquqlara malikdir.
- Qiymət verilməsi və rəy yazılması qaydaları
- 3.1.Yalnız Saytda qeydiyyatdan keçmiş Müştəri, öz hesabından istifadə edərək, Malların alqı-satqısı zamanı Mallar barədə rəy yaza, habelə İstifadəçilərin paylaşdığı rəyə şərh bildirə, Malları qiymətləndirə bilər.
- 3.2.Qeydiyyatdan keçmiş Müştərilər tərəfindən yazılmış rəylər, o cümlədən Malların qrafik şəkilləri əlavə edilməklə yazılanlar, şərhlər və qiymətləndirmələr, habelə Malların seçimləri və/ və ya icmalları, o cümlədən, üçüncü şəxslərin saytlarında paylaşıla bilər, yəni, tanışlıq üçün digər Müştərilər üçün onlara əl çatan olacaq.
- 3.3.Rəy yazarkən, Qeydiyyatdan keçmiş Müştərinin rəyi ilə birlikdə, onun Saytdakı hesabında qeyd etdiyi soyadı, adı və profil səhifəsindəki şəkili paylaşıla bilər.
- 3.4.Homart sərbəst şəkildə və Müştəriyə bildiriş göndərmədən paylaşım üçün rəyləri seçmək, o cümlədən aşağıdakıları etmək hüququndadır:
- 3.4.1.məzmunu Mallara aid edilməyən rəyləri və qrafik şəkilləri, şərhləri paylaşmamaq;
- 3.4.2.məzmunu Malların istifadə edilməsi üzrə real təcrübəyə aid edilməyən rəyləri və qrafik şəkilləri, şərhləri paylaşmamaq;
- 3.4.3.məzmununda digər müştərilər üçün faydalı məlumat olmayan rəyləri və qrafik şəkilləri, şərhləri paylaşmamaq;
- 3.4.4.qeyri-normativ leksikanın, təhqiredici xarakterli ifadələri özündə əks etdirən rəyləri, şərhləri paylaşmamaq;
- 3.4.5.paylaşılmış rəyi, qrafik şəkli, mal seçimini və/və ya icmalını istənilən zaman silmək;
- 3.5.Homart Müştəriyə paylaşımın rədd edilməsi və/və ya əvvəllər paylaşılmış rəylərin, qrafik şəkillərin, şərhlərin, qiymətləndirmələrin, mal seçimlərinin və/və ya icmallarının silinməsi səbəbi barədə xəbər vermək üzrə öhdəliyi üzərinə götürmür.
- Hüquq və vəzifələri
- Homart-ın hüquqları:
- Müştəri tərəfindən Malların dəyərinin əvvəlcədən ödənilməsini tələb etmək;
- Təhvil-təslim zamanı Müştəri tərəfindən Mallara baxış keçirilməsini və ortaya çıxan, gözlə görünə bilən nöqsanlar barədə dərhal Homart-ın nümayəndəsinə məlumat verilməsini tələb etmək;
- Müştəri tərəfindən verilmiş Mallarda ortaya çıxmış qüsurlar üzrə iddiaları hər hansı bir məsuliyyət daşımadan birbaşa olaraq Malların təchizatçısına ötürmək;
- Dəyəri düzgün və ya natamam ödənilmiş Malların təhvil-təslimini müvafiq Malların dəyəri tam və düzgün surətdə ödənilənədək saxlamaq;
- Satılan Malların unikallığı və ya orijinallığına görə məsuliyyət daşımamaq;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlar.
- Homart-ın vəzifələri:
- Dəyəri ödənilmiş Malları Müştəriyə təhvil vermək;
- Müştərini üçüncü şəxslərin hüquq və ya öhdəliklərin azad olan Mallarla təchiz etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr.
- Homart-ın hüquqları:
- Müştərinin hüquqları:
- Homart tərəfindən Sifariş üzrə Malların razılaşdırılmış keyfiyyətdə və kəmiyyətdə təhvil verilməsini tələb etmək;
- Sifariş haqqında qərarını dəyişdirmək, sifariş olunmuş Maldan, həmin Mal alınmazdan (çatdırılmazdan) öncə istənilən zaman imtina etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlar.
- Müştərinin vəzifələri:
- Malların dəyərinin ödənilməsini təmin etmək;
- Təhvil verilmiş Mallara təhvil-təslim zamanı göz gəzdirmək və gözlə görünə bilən qüsurlar barədə dərhal Homart-ın nümayəndəsinə məlumat vermək;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr.
- Qiymət və hesablaşma qaydaları
- Sifariş üzrə satılacaq Malların dəyəri Saytda təqdim edilmiş ödəniş şərtləri əsasında əvvəlcədən ödənilir.
- Bu Müqavilə üzrə hər bir Sifarişin dəyəri Saytda qeyd edilmiş satış qiymətləri əsasında hesablanır.
- Homart-ın nümayəndəsi (Daşıyıcı)
- Homart-ın nümayəndəsi Homart tərəfindən satılmış Malların Müştəriyə çatdırılmasını həyata keçirən şəxsdir.
- Sifarişinin rəsmiləşdirilməsi qaydaları və Malların təhvil-təslimi
- Sifarişi həyata keçirərkən, Müştəri Homart-a Malların satılmasının və çatdırılmasının təşkil edilməsi üzrə tapşırıq verir.
- Sifariş yerinə yetirildiyi ana qədər, Müştəri Malların əldə edilməsi üzrə bütün şərtlərlə tanış olmağı öhdəsinə götürür. Bu zaman açıq-aydın səhvlər, o cümlədən Malın təsvirində yol verilən səhvlər, hüquqi öhdəlik yaratmırlar və hüquqi nəticələrə səbəb olmur. Sifarişin rəsmiləşdirilməsi Müştərinin Homart tərəfindən Malların satılması və Malların çatdırılmasının təşkil edilməsi üzrə bütün əhəmiyyətli şərtlərlə razılaşması deməkdir.
- Homart müvafiq Sifarişin dəyəri Müştəri tərəfindən tam və düzgün surətdə ödənildikdən sonra Malların çatdırılmasını 3 (üç) iş günü ərzində həyata keçirir.
- Mallar Hımart-ın nümayəndəsi tərəfindən Müştəri tərəfindən Saytda bildirilmiş ünvanda Müştəriyə təhvil verilir. Müştəri Malların təhvilini şəxsiyyətini təsdiq edən sənəd əsasında qəbul etməlidir.
- Müştəri razılaşır ki, Homart Müştərinin şəxsi məlumatlarını, habelə Müştəri tərəfindən göstərilən Sifariş qəbul edəninin şəxsi məlumatlarını Malların çatdırıdığı son tarixdən etibarən ən azı 3 (üç) il ərzində, saxlamaq hüququndadır.
- Müştəri tərəfindən həyata keçirilmiş Sifarişlər dəfələrlə ləğv edildiyi halda, habelə bu Şərtlər pozulduğu halda, Homart Müştərinin Sifarişin həyata keçirilməsi imkanını blok etmək hüququndadır.
- Sifarişin rəsmiləşdirilməsi zamanı Müştəri özü və Sifarişi qəbul edən haqqında səhih məlumatları qeyd etməyə borcludur. Homart Müştəri tərəfindən qeyri-səhih, səhv, mövcud olmayan telefon nömrəsinin, elektron poçt ünvanının, Müştərinin və/ və ya Sifariş qəbul edənin SAA-nın, habelə, digər qeyri-səhih məlumatların qeyd edilməsini Müştərinin Sifarişin (Malın) alınmasından boyun qaçırmasına bərabər tutur və bu, Sifarişin ləğv edilməsi üçün əsasdır.
- Müştəri, Sifarişin icra edilməsi üçün zəruri olan bütün məlumatları, o cümlədən (lakin bununla məhdudlaşdırılmayaraq): Müştərinin və/ və ya Sifariş qəbul edənin şəxsi məlumatlarını, çatdırılma üsulunu, çatdırılma ünvanını, Sifariş qəbul edənin SAA-nı, əlaqə məlumatlarını, ödəniş üsulunu qeyd edərək, Sifarişi rəsmiləşdirir.
- Müştərinin Şərtlərin 7-ci bəndində qeyd olunan hərəkətləri yerinə yetirməsi Müştərinin Şərtlərlə, habelə, onun tərəfindən Homart ilə bağlanmış müqavilələrin şərtləri ilə qeyd-şərtsiz və tam razılaşması deməkdir, o cümlədən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409-cu maddəsinə uyğun olaraq, Malın çatdırılmasının təşkil edilməsinin rəsmi ofertasının aksepti hesab olunur.
- Geri qaytarma
- Müştəri vicdanlılıq, ədalət və düzgünlük prinspilərinə riayət edərək Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik normaları əsasında Malları geri qaytara bilər.
- Belə halda, Müştəri qanunvericilik çərçivəsində tələb edilən bütün sənədlərin Homart-a təqdim edilməsini təmin etməlidir. Əks halda, Homart Malların geri qaytarılmasından hər hansı bir məsuliyyət daşımadan imtina edə bilər.
- Düzgün surətdə geri qaytarılan Malların dəyəri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları çərçivəsində Müştəriyə geri ödənilir.
- Fors major hallar
- Homart fors major halları zamanı bu Şərtlərin tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
- Bu Şərtlərin məqsədləri üçün yalnız aşağıdakı hallar fors major hesab olunur:
- 9.2.1.iğtişaş, müharibə, işğal, xarici düşmənlərin hərəkətləri, hərbi əməliyyatlar (elan edilmiş və ya edilməmiş müharibə çərçivəsində), terrorçuluq aktları, vətəndaş müharibəsi, üsyan, inqilab, hərbi və ya qəsbkar qüvvələrin qiyamı;
- 9.2.2.ionlaşdırıcı şüalanmalar və ya nüvə yanacağının və ya daxili nüvə yanmasından qalan hər hansı nüvə tullantılarının, radioaktiv, zəhərli, partlayıcı və ya partlayıcı nüvə birləşmələrinin radiasiyası və ya onların nüvə komponentlərinin digər təhlükəli nəticələrinin səbəb olduğu çirklənmə;
- 9.2.3.sərtliyindən asılı olmayaraq hava şəraiti istisna olmaqla, zəlzələ, daşqın, yanğın, vulkan partlayışı və/və ya digər təbii fiziki fəlakətlər;
- 9.2.4.milli və ya regional səviyyəli tətillər və ya milli və ya regional səviyyədə sənaye mübahisələri və ya təsirə məruz qalmış tərəfin, onun subpodratçılarının və ya təchizatçılarının işə götürmüş olmadıqları işçilərin, lakin Malların əhəmiyyətli hissəsinə təsir edən tətilləri;
- 9.2.5.Şərtlərin tələblərinin həyata keçirilməsini qeyri-müəyyən edən hər hansı ümumi və ya yerli qanunlara, aktlara, fərmanlara və ya digər normativ hüquqi aktlara, və ya hər hansı yerli və ya digər hakimiyyət orqanlarının qayda və ya sərəncamlarına dəyişikliklər və ya hər hansı bu cür qanunların, aktların, fərmanların, digər normativ hüquqi aktların, qayda və ya sərəncamların qəbulu.
- Mübahisələrin həlli
- 10.1.Bu Şərtlərin icrası ilə əlaqədar Homart və Müştəri arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilir.
- 10.2.Qarşılıqlı razılaşma ilə həll edilməyən mübahisələr mübahisənin məhkəmədən qabaq həlli (pretenziya) qaydalarına riayət edilməsi vasitəsilə Azərbaycan Respublikasının müvafiq məhkəməsi vasitəsilə həll ediləcək.
- Yekun müddəalar
- Müştəri təsdiq edir ki, onun fəaliyyət qabiliyyəti var və, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Şərtlərlə nəzərdə tutulan sövdələşmələrin yerinə yetirilməsi üçün zəruri olan yaşa çatıb.
- Homart Müştərinin bu Şərtləri pozduğunu aşkar etdiyi halda, Homart Müştərinin rəsmiləşdirdiyi Sifarişləri, hər hansı bir məsuliyyət daşımadan, imtina etmək hüququnu özündə saxlayır. Bu zaman Homart Müştərinin hərəkətlərinin qeyri- dürüst və/ və ya bu Şərtləri pozan hərəkət kimi qəbul edilməsi üçün üsul və əsasları sərbəst şəkildə müəyyən edir və qeyd olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq hüququndadır.
- Saytın ziyarətçisi və ya qeydiyyatdan keçmiş istifadəçisi olmağından asılı olmayaraq, Müştəri, Saytdan istifadə etməklə və Saytı vasitəsilə Mallar almaqla bu şərtləri oxuyub, anlayıb və qəbul etdiyinizi təsdiqləmiş olur.
- Homart, Saytda qeyd olunan məlumatların dəqiqliyini təmin edir, hərçənd, bu məlumatların tamlığı və ya düzgünlüyü, həmçinin, Saytda xətaların baş verməməsi ilə bağlı zəmanət vermir və bu cür xətalar və ya nöqsanlarla bağlı məsuliyyətdən imtina edir.
- Müştəri hər hansı davranışına görə yalnız özü məsuliyyət daşıyır.
- Sifariş qəbul olunmadığı təqdirdə Homart Saytda göstərilən Mallar barədə məlumatlara, məsələn, qiymətlər, Malların təsvirinə və ya mövcudluğu barədə məlumatlara istənilən vaxt dəyişiklik etmək hüququna malikdir.