Bu məxfilik siyasəti (bundan sonra ismin müvafiq hallarında “Siyasət”) www.homart.az saytından (bundan sonra ismin müvafiq hallarında “Sayt”) istifadə və ya qeydiyyat zamanı “Homart” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2008460631) (bundan sonra ismin müvafiq hallarında “Homart”) üçüncü tərəflərə qarşı hüquq və öhdəliklərini müəyyən edir.
Qeydiyyat prosesi zamanı qeydiyyat formasında göstərilmiş tələb olunan digər məlumatlarla nisbətdə Saytdan istifadə edən şəxsin tam adı, telefon nömrəsi, elektron poçt ünvanı və faktiki ünvanı Homart tərəfindən əldə edilə bilər. Saytdan istifadə edən şəxs Saytdakı fəaliyyəti zamanı öz kredit və ya debit kartı hesabından istifadə edərək sifariş yerləşdirdikdə Homart Saytdan istifadə edən şəxsin əməliyyat məlumatlarını əldə edə bilir. Burada qeyd edilənlərə əlavə olaraq, bunlarla məhdudlaşmayaraq, Saytdan istifadə edən şəxsə məxsus İP ünvanı, istifadə edilən əməliyyat sistemi və brauzer məlumatları da Homart tərəfindən toplanıla bilər.
Homart tərəfindən Saytdan istifadə edən şəxs və ya şəxslər barədə Saytdan istifadə zamanı toplana bilən məlumatlar aşağıdakı məqsədlərlə istifadə edilir:
Saytdan istifadə edən şəxs və ya şəxslərin tələblərinə cavab vermək məqsədilə xidmətlərin yaxşılaşdırılması və təkmilləşdirilməsi;
Saytdan istifadə edən şəxs və ya şəxsləri daha keyfiyyəti müştəri dəstəyi ilə təmin etmək;
Saytdan istifadə edən şəxs və ya şəxslər ilə ünsiyyət qurmaq.
Saytdan istifadə edən şəxs və ya şəxslər sifariş yerləşdirərkən və məxfi məlumatlarını (kredit və ya debit kartındakı məlumatlar) təqdim edərkən onların təhlükəsizliyi və məxfiliyi Homart tərəfimizdən tamamilə təmin olunur.
Bütün şəxsi məlumatlar Secure Socket Layer (SSL) texnologiyası vasitəsilə ötürülür.
Saytdan istifadə edən şəxs və ya şəxslərin kredit/debit kart nömrələri və şəxsi məlumatları saxlanılmayacaq, satılmayacaq və ya hər hansı üçüncü tərəflə paylaşılmayacaqdır (Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələbləri istisna edilir).
Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyə müvafiq olaraq və ya ödəniş sistemi təminatçısı kimi üçüncü tərəf xidmət təminatçıları və ya digər tranzaksiya prosessoru tərəfindən tələb olunmadığı halda Homart Saytdan istifadə edən şəxs və ya şəxslərin şəxsi/məxfi məlumatlarını hər hansı bir formada üçüncü tərəflərə ötürmür.